Interposta.Info

Papa Rusiya ilə Ukraynaya "gizli sülhməramlı" missiyada iştirak etdiyini açıqladı

 

Dünya
 1-05-2023, 17:10     264

Roma Papası Fransisk Vatikanın Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə son qoymaq üçün gizli sülhməramlı missiyada iştirak etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, Budapeştə səfərindən sonra jurnalistlərə bildirib.

"Mən hər şeyə hazıram. İctimai olmayan, hazırda davam edən bir missiya var. İctimaiyyətə açıqlananda bu barədə məlumat verəcəyəm”, deyə pontifik bildirib.

Macarıstanın baş naziri Viktor Orban və ya Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə "sülh təşəbbüslərini” müzakirə edib-etmədiyi sualına Papa Fransisk cavab verməyib.

Aprelin 25-də Roma Papası Vatikanda Ukraynanın baş naziri Denis Şmıxalla görüşüb. Baş nazir ondan Rusiya tərəfindən deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılmasına köməklik göstərməsini xahiş edib. Pontifik bəyan edib ki, "Müqəddəs Taxt-tac hərəkətə keçməyə hazırdır”.

Bundan əvvəl o, Vatikanın Ukrayna ilə Rusiya Federasiyası arasında hərbi əsirlərin mübadiləsinə şərait yaratdığını bildirib. Sonra Papa Fransisk Macarıstana səfərə gedib. O, Budapeştdə ukraynalı qaçqınlarla, həmçinin baş naziri Orban və mitropolit İllarionla görüşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26