Interposta.Info

Rusiya Hindistandan təcili olaraq avtomobil, ehtiyat hissələri və ərzaq istəyir
 

Dünya
 27-04-2023, 19:42     268

Rusiya fəal şəkildə Hindistandan avtomobil və hissələrini, eləcə də kənd təsərrüfatı məhsullarının tədarükü yollarını axtarır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of India” məlumat yayıb.

Qəzet yazır ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra satınalmaların artırılması ilə bağlı danışıqlar davam etsə də, xarici istehsalçıların fəaliyyətini dayandırdığından Rusiyada avtomobil hissələri tapmaq çətinləşdiyi üçün indi Moskvadan artan təzyiq var.

Onun mənbələrinə görə, Rusiya Hindistan komponentləri və avtomobil istehsalçılarına Rusiyada işləməyə başlamağı, habelə onlarla ticarət qurmağı təklif edir. Qəzet yazır ki, ehtiyat hissələrinin ixracı hələ də mümkündür, lakin avtomobil istehsalçıları çətin ki, ikinci dərəcəli sanksiyalar qorxusundan buna razı olsunlar. Və bu, təkcə Hindistanda fəaliyyət göstərən qlobal brendlərə deyil, həm də Mahindra & Mahindra və Tata Motors kimi milli brendlərə aiddir, çünki onların da beynəlxalq əməliyyatları var. Tata həmçinin Britaniyanın Jaguar Land Rover şirkətinin sahibidir.

Hindistanın ixracatçılarından ibarət nümayəndə heyəti hazırda Rusiyada soya və digər kənd təsərrüfatı məhsullarının tədarükünü müzakirə edir, - Times of India əlavə edir. "Supermarketlərin rəfləri boşalır, hətta [hava limanındakı] duty-free mağazalarında rus arağından başqa demək olar ki, heç nə yoxdur”, – Rusiyadan yenicə qayıdan bir ixracatçı qəzetə deyib.

Bu, ilk belə danışıqlar deyil, lakin indiyədək heç bir konkret razılaşmaya gətirib çıxarmayıb.

Problemlərdən biri ödəniş üsuludur. Sanksiyalar ucbatından dollardan istifadə etmək çətinləşir və milli valyutalarla ticarət aparan zaman ixracatçılar deyirlər ki, hər əməliyyatda 4% itirirlər. Onlar Hindistan Ticarət Nazirliyinə təklif ediblər ki, bu cür əməliyyatlar üçün rupinin rubla qarşı bir növ sabit məzənnəsi müəyyən edilsin ki, Hindistan Ehtiyat Bankı bunu hər iki həftədən bir əvvəlcədən elan etsin.

Bazarda sabit məzənnin olmaması və məzənnə dəyişkənliyinin yüksək olması səbəbindən digər sektorlarda da milli valyutalarla ticarətin qurulması mümkün deyil. Nəticədə Hindistan artıq bir ildir ki, Rusiyaya silah tədarükü üçün 2 milyard dollar köçürə bilmir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26