Interposta.Info

Aeroflot İranda təyyarələrin təmirinə başladı

 

Dünya
 10-04-2023, 20:25     247

Qərb bazarından kəsilən Rusiyanın ən böyük aviadaşıyıcısı olan Aeroflot İranda təyyarələrini təmir etməyə məcburdur. Aprelin 5-də Rusiyanın milli aviaşirkəti tarixdə ilk dəfə olaraq öz donanmasından Tehrana texniki xidmət üçün təyyarə göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC aviaşirkətə yaxın iki mənbəyə və şirkət nümayəndəsinə istinadən yazır .

Söhbət RA-73700 qeydiyyat nömrəsi olan geniş gövdəli Airbus A330-300 təyyarəsindən gedir. Ona İranın ən böyük aviadaşıyıcısı Mahan Air-in texniki mütəxəssisləri xidmət göstərəcək.

"İran şirkətlərinin təyyarələrə texniki xidmət və təmir sahəsindəki imkanları Aeroflot qrupunun imkanlarını tamamlayacaq", deyə Rusiya aviaşirkətinin nümayəndəsi bildirib.

Əvvəllər Aeroflot digər provayderlərin, xüsusən də Honq-Konqda yerləşən HAECO-nun xidmətlərindən istifadə edirdi. Bununla belə, ABŞ və Aİ ölkələri Ukraynada müharibənin başlamasına cavab olaraq, Rusiya aviaşirkətlərinin təyyarələrinə xidmət göstərilməsi və onların ehtiyat hissələri ilə təmin edilməsini qadağan edib.
Texniki dəstəyə lazım olan hissələri əldə etmək üçün Aeroflot ən azı 25 təyyarəsini "kannabalizasiya"ya göndərib: Rusiya ilə işləməkdən imtina edən istehsalçıların ehtiyat hissələri əvəzinə başqa təyyarələrdən ehtiyat hissələri çıxarılıb.

Aviadaşıyıcının saytında verilən məlumata görə, ümumilikdə aprelin 1-nə Aeroflotun tərkibində 178 Airbus və Boeing təyyarəsi var. Bu təyyarələrin sahibləri onların geri qaytarılmasını tələb edir, lakin aviaşirkət xarici təyyarələri ölkə daxilində qeydiyyata alıb və istismarını davam etdirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26