Interposta.Info

“Aeroflot” avqust ayına qədər bütün beynəlxalq reyslərə satışı dayandırdı

Ölkə
 17-04-2020, 09:55     314

“Aeroflot” aviaşirkəti avqust ayına qədər bütün beynəlxalq reyslərə satışı dayandırır. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moskvada Nyu-York, İstanbul, Havana və digər xarici şəhərlərə bileti yalnız avqustun 1-dən almaq olar. Əvvəl beynəlxalq reyslərə bileti aprelin 30-dan sonra uçuşa almaq mümkün idi.

Daha əvvəl aviaşirkət bildirmişdi ki, hərəkət məhdudiyyəti tətbiqinin nəticəsində daxili aviadaşımalara tələbat azaldığından daxili reyslərə uçuşların sayını müvəqqəti olaraq ixtisar edir. Reyslərin sayı bir çox regionlarda gün ərzində bir dəfəyədək, ya da həftədə bir neçə dəfəyədək ixtisar olunub. Bundan başqa, “Aeroflot” Moskvadan Sankt Peterburqa, Soçiyə, Yekaterinburqa, Krasnodara reyslərin sayını ixtisar edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26