Səfirlə bağlı qalmaqal Çinin "sülhməramlılıq" cəhdlərini sarsıdır - "Bloomberg"
Son zamanlarda Çin lideri Si Szinpin ABŞ-ın Çini dünya nizamına təhlükə kimi qələmə vermək cəhdlərinin qarşısını uğurla alırdı. Çinin Fransadakı səfiri Lu Şaye SSRİ və Krımla bağlı qalmaqallı açıqlamalarından sonra Çinin özünü "sülhməramlı" kimi təqdim etmək cəhdlərini sarsıtdı.
"İnterPosta"xəbər verir ki, bu barədə Bloomberg yazır.
Nəşrin yazdığına görə, Çin bazar ertəsi Avropada yerli yayımçıya müsahibəsində keçmiş sovet dövlətlərinin müstəqilliyini şübhə altına alan Lu Şayenin açıqlamalarından qaynaqlanan yanğını "dərhal söndürməyə” başlayıb.
Bazar ertəsi axşam Çinin Parisdəki səfirliyi verdiyi açıqlamada Lunun "şişirdilməməsi lazım olan şəxsi fikrini ifadə etdiyini" bildirib.
Bununla belə, nəşrin məlumatına görə, rəsmi Pekinə artıq ziyan dəyib. Səfirin bəyanatları faktiki olaraq Rusiya lideri Vladimir Putinin Ukrayna və vaxtilə SSRİ-nin tərkibində olan digər ölkələrlə bağlı fikirlərini təkrarlayır.
Bu, Sinin 2022-ci ilin fevralında başlayan müharibənin sona çatmasına kömək etmək üçün Çini neytral tərəf kimi göstərmək səylərini sarsıtdı.
Sinqapur Milli universitetinin siyasi elmlər üzrə dosenti Ja Yan Çonqun sözlərinə görə, Çin səfirinin bəyanatının və sonradan Pekində təqdim olunan reaksiyanın "avtoqola bənzər bir şey olduğunu" söyləyib.
"Bu hadisə Çinin xarici siyasətindəki gərginliyi göstərir”, - politoloq bildirib.
Eyni zamanda, Bloomberg-in məlumatına görə, bu epizod Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasının bəzi bölgələrində Çinə daha böyük ziyan vura bilməz.
Ekspertlər hesab edirlər ki, bir çox Avropa liderləri Pekinin səfir Lu ilə bağlı şərh verməkdən imtina etməsini qəbul edəcək və Çinlə iqtisadi və diplomatik maraqlarını, xüsusən də bu ölkə ilə ticarət mübadiləsinə xüsusi önəm verən daha kiçik və yoxsul Aİ ölkələrində davam etdirəcəklər.
Xatırladaq ki, Çinin Fransadakı səfiri Lu Şaye Fransanın "La Chaîne Info” telekanalının efirində Krım yarımadasını "tarixi Rusiya” adlandırıb və Sovet İttifaqının dağılmasından sonra yaranmış müstəqil dövlətlərin "dünyada qanuni olaraq müəyyən edilmiş statusunun olmadığını” bildirib.
Bundan sonra Çin səfirliyi öz səfirinin qalmaqallı sözlərinə reaksiya verib. Səfirlik onun bəyanatını rəsmi Pekinin dəstəkləmədiyi şəxsi fikir adlandırıb.
Eyni zamanda çinli diplomatın açıqlamaları Avropada və Ukraynada kəskin tənqid olunub.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26