Interposta.Info

Rusiyada yaraqlılarla atışma: Polislər arasında ölən və yaralananlar var - VİDEO

Dünya
 6-04-2023, 11:25     240

İnquşetiyada (RF) silahlılarla atışmada 3 polis əməkdaşı həlak olub, daha 7 polis əməkdaşı yaralanıb.

Bu barədə hüquq-mühafizə orqanlarında çalışan mənbə xəbər verib.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı dəstələri Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyasının dəstəyi ilə Maloqbek rayonunun Zyazikov-Yurt kəndində əməliyyat keçiriblər. Yol polisi postuna basqına görə axtarışda olan yaraqlıların qaldığı ev mühasirəyə alınıb.

Atışma bütün gecə davam edib.
Onları saxlamaq cəhdi nəticəsində yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları öldürülüblər.

Təsdiqlənməmiş məlumatlara görə, evin içərisində hələ də dörd yaraqlı var./“112” “Telegram” kanalı/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26