Interposta.Info

Şimali Koreyada bir gündə 800 min nəfər orduya yazılmaq üçün müraciət edib

 

Dünya
 18-03-2023, 20:35     250

Şimali Koreyada bir sutka ərzində 800 min gənc "Amerika imperializminin və onların əlaltılarının kökünü kəsmək” və yarımadanı birləşdirmək üçün orduya daxil olmaq niyyətini bildirib.

"İnterPosta" "Rodong Sinmun” qəzetinə istinadla xəbər verir ki, KXDR-in bütün regionlarında orduya yazılmaq üçün müraciət edənlərin sayı durmadan artır. Ölkənin çağırış sisteminə əsasən, bütün kişilər ən azı 10 il, qadınlar isə üç il silahlı qüvvələrdə xidmət etməlidir.

Nəşrin yazdığına görə, gənclərin orduya hamılıqla can atması Koreya yarımadasının birləşməsinə nail olmaq və KXDR-i məhv etməyə can atan müharibə fanatiklərinin kökünü kəsmək əzminin təzahürüdür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26