Interposta.Info

Ukrayna 50-60 minlik qoşun hazırlayır: Kiyev nə etmək istəyir? (ŞƏRH)
 

Dünya
 11-03-2023, 20:42     294

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak İtaliyanın "La Stampa” nəşrinə müsahibəsində bildirib ki, Silahlı Qüvvələrin əks-hücumu iki aydan sonra mümkün olacaq. Podolyakın sözlərinə görə, Kiyev ordunun əsas qüvvələrini təxminən iki aydan sonra baş tutacaq əks-hücum əməliyyatlarına yönəldib və 155 mm-lik artilleriya mərmilərinin tədarükü artırılmalıdır.

Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında Podolyakın fikirlərini şərh edərək deyib ki, Ukraya əks-hücum üçün yeni 50-60 minlik qoşun hazırlayır:
"Ukraynada müharibə gedir. Müharibədə düşməni aldatmaq qələbənin yarısıdır. Bu müharibədə keçən ilin yayının əvvəlində Kiyev bəyan edirdi ki, Xerson istiqamətində hücuma keçəcəklər. Rusiya ordusu da bu fonda Xerson istiqamətində Ukrayna Ordusu ilə ciddi döyüşlərə hazırlaşırdı. Amma Ukrayna ordusu hücumu Xarkov istiqamətindən həyata keçirərək, qısa zamanda bu vilayəti təmizləyərək, ruslara ağır itki verdilər. Ardınca Rusiya ordusu zəiflədi və Xersonu döyüşsüz tərk etməli oldu.

Bu, rus ordusunu aldatmağa yönəlik hərbi hiylə idi. İndi də Podolyak bəyan edir ki, iki aydan sonra Ukrayna Ordusu əks-hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı NATO-dan alınan silahlar əsasında əks-hücum üçün yeni 50-60 minlik qoşun hazırlayır. Amma hücumun nə vaxt və haradan olacağı onun qabiliyyətindən asılıdır. Kiyevin öz qanuni ərazilərini azad etməyə tam haqqı var. Lakin onun nə vaxt və necə həyata keçəcəyini zaman göstərəcək”.

İnterPostaa.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26