Interposta.Info

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı

Dünya
 1-03-2023, 09:43     276

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 45 089 nəfər həyatını itirib.

Mərkəzi Kahramanmaraş olan zəlzələdən sonra ard-arda 11 020 təkan meydana gəlib.

Xilasetmə personalından ibarət ümumilikdə 6 368 axtarış-xilasetmə qrupu bölgədə hələ də çalışır.

Nazirliklər, aidiyyəti qurum və təşkilatlar, müxtəlif ölkə və beynəlxalq təşkilatlar tərəfindən zəlzələdən daha çox zərər çəkmiş bölgələrə göndərilən 358 037 çadırın quraşdırılması başa çatdırılıb. 1 915 687 nəfər sığınacaqlarla təmin olunub./Anadolu

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26