Interposta.Info

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 30 minə çatır

Dünya / Manşet
 13-02-2023, 11:26     204


Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda saat 15.55-ə kimi Kahramanmaraş mərkəzli zəlzələlərdə 29 605 nəfərin həyatını itirdiyi, 147 934 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyi bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26