Interposta.Info

Əsrin faciəsi: Türkiyədə zəlzələdə həlak olanların sayı açıqlandı

Dünya
 14-02-2023, 15:05     238

Türkiyədə baş verən dəhşətli zəlzələnin qurbanlarının sayının son statistikası açıqlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qurumdan verilən məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 31 974-ə çatıb.

195 962 nəfər digər bölgələrə təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.

Təbii fəlakətin baş verdiyi bölgələrin bəzilərində axtarış-xilasetmə işləri yekunlaşıb, bəzilərində isə davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26