Interposta.Info

Kreml Moldovaya baş nazirin bəyanatına görə barmaq silkələdi
 

Dünya
 20-02-2023, 18:55     250

Kreml bildirib ki, Moldova hakimiyyəti yeni baş nazir Dorin Reçanın bəyanatından sonra Dnestryanı bölgədə Rusiya qoşunlarının olmasına ehtiyatla yanaşmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskova istinadən "İnterfaks" agentliyi yazıb.

Reçan fevralın 18-də, hökumət başçısı vəzifəsinə təsdiq edildikdən iki gün sonra bildirib ki, Dnestryanı Rusiya qoşunlarının çıxarılması yolu ilə demilitarizasiya edilməlidir.

"Rusiya Dnestryanı məsələlərində çox məsuliyyətli tərəf olub və olaraq qalır, öz funksiyasını yerinə yetirməkdə davam edir. Mən moldovalı həmkarlarımıza bununla bağlı çox, çox diqqətli olmağı tövsiyə etmək istərdim", - Peskov bildirib.

O, hakimiyyət dəyişikliyindən sonra Moskva ilə Kişinyov arasında gələcək münasibətlərdən də danışıb.

"Bizim Moldova ilə çox, çox gərgin münasibətlərimiz var. Eyni zamanda, Moldova rəhbərliyi hər şeyi anti-Rusiyaya yönəldir, həm də anti-Rusiya isteriyasına sürüklənir... Bu cür konstruktivizmin yoxluğu Moldovanın özünə kömək edə bilməz və ikitərəfli münasibətlərə zərər vurur”, deyə Peskov bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26