Interposta.Info

BMT Rusiyanın təşkilatdan çıxarılmasını düzgün yol hesab etmir

Dünya
 17-02-2023, 11:20     194

Hər hansı ölkənin təşkilatdan kənarlaşdırılması "uzunmüddətli sülh axtarışına töhfə vermir”.

"İnterPosta""Rosbalt"a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.

Belə ki, o, Avropa Parlamentinin Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlanmasının ildönümü ilə bağlı qətnaməyə "Rusiyanın beynəlxalq, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatlara üzvlükdən təcridini davam etdirmək” çağırışı ilə bir gün əvvəl qəbul etdiyi qərarı şərh edib.”.

Ukrayna və onun Qərb müttəfiqləri dəfələrlə Rusiyanın BMT Təhlükəsizlik Şurasından və bütövlükdə təşkilatdan çıxarılmasını tələb ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26