Interposta.Info

Estoniya özünün bütün 155 mm-lik haubitsalarını Ukraynaya verəcək (SƏBƏB)

 

Dünya
 23-01-2023, 22:08     224

Estoniya bütün 155 mm-lik haubitsalarını Ukraynaya təhvil verəcək.

"İnterPosta" TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfiri Kaymo Kuuska bildirib.

"Biz bütün 155 mm-lik haubitsalarımızı Ukraynaya veririk. Və biz bu yolla bir presedent yaratmaq istəyirik ki, digər ölkələrin Ukraynanı lazımi silahlarla təmin edə bilməmələri üçün heç bir bəhanə qalmasın”.

Qeyd olunur ki, Estoniya hökuməti Ukraynaya 113 milyon avro dəyərində hərbi yardım paketi göndərmək qərarına gəlib. Buraya "onlarla 155 mm FH-70 və 122 mm D-30 haubitsa” ilə yanaşı, minlərlə 155 mm-lik artilleriya mərmisi, döyüş sursatı olan yüzlərlə "Carl Gustaf M2” tank əleyhinə qumbaraatan və artilleriya bölmələrinin dəstəkləyici vasitələri daxildir. Beləliklə, Ukraynaya ümumi hərbi yardım Estoniya ÜDM-nin 1%-dən çoxunu təşkil edir.

Söhbətin 1976-cı ildə istifadəyə verilən FH-70 haubitsalarından getdiyi vurğulanır. Ümumilikdə Estoniyada 24 belə artilleriya qurğusu var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26