Makron: "NATO ölkələri Ukraynaya hərbi yardımı gücləndirəcək"

NATO ölkələri Ukraynaya iqtisadi, humanitar və hərbi yardımı artıracaq.
Bunu NATO-nun Madriddə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib.
"Biz Ukraynaya iqtisadi, humanitar və hərbi yardımı artırmaq qərarına gəldik. Ukraynaya nə qədər lazımdırsa, o qədər dəstəkləməyə davam edəcəyik”, – Makron bildirib. Fransa lideri Ukraynaya əlavə olaraq 6 ədəd "Sezar" özüyeriyən haubitsa göndəriləcəyini etiraf edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26