Interposta.Info

Şahzadə Harridən qalmaqallı iddia: “Məni ona görə dünyaya gətiriblər ki...”
 

Dünya
 12-01-2023, 18:36     229

Böyük Britaniya şahzadəsi Harri qardaşı Uilyamın başına nəsə gələ biləcəyi təqdirdə orqan donoru kimi doğulduğunu bildirib.

Qaynarinfo "Daily Mail”ə istinadən bildirir ki, o, bu barədə qalmaqallı "Ehtiyatda olan" ("Spare”) memuarında danışıb.

Harri uşaqlıqdan "Uilyamın başına bir şey gəlsə" ehtimalında doğulduğunu bildiyini yazaraq, böyrək və ya sümük iliyi bağışlamağı nəzərdə tutduğunu vurğulayıb.


"Mən dünyaya ona görə gəlmişəm ki, birdən Villiyə nəsə olar", - Harri deyir və valideynlərinin, nənə və babasının onu hətta "ehtiyatda olan" adlandırdıqlarını iddia edir.

O, həyatını böyrək, qan köçürmə və ya sümük iliyi kimi "diqqəti yayındırmaq, əyləncə mənbəyi və lazım olduqda ehtiyat təmin etmək missiyası" kimi təsvir edir.

Harri həmçinin yazır ki, kral ailəsində onun böyük qardaşı varis adlandırılır, o isə ehtiyatda olan. O, etiraf edib ki, 20 yaşında olanda atası Kral Çarlz guya zarafat edib ki, o öz vəzifəsini yerinə yetirib, çünki Şahzadə Diana ona "varis və ehtiyatda olan” övladlar qoyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26