Interposta.Info

Şahzadə Harri Rusiyaya qarşı vuruşacaq - hamilə xanımından ayrılıb ön cəbhəyə yollanır

Dünya
 5-01-2019, 21:37     10 523

Uels şahzadəsi Harri Britaniyanın Rusiyaya qarşı son 20 ildə keçirdiyi ən böyük hərbi təlimdə iştirak edəcək.

Bu məlumatı Krallıqdakı mənbəyə istinadən “Daily Mirror” media orqanı yayıb. Şahzadə Norveç dənizçiləri ilə birlikdə olacaq. Həmin təlimə min nəfər Britaniya hərbçisi də qoşulacaq.
“Daily Mirror” yazır ki, hazırda Qərblə Rusiya arasındakı münasibətlər Soyuq Müharibə dönəmindəki qədər gərgindir. Qərb Moskva tərəfindən Avropaya hərbi müdaxilə ola biləcəyini istisna etmir. Uels şahzadəsinin ön sırada yer alması Vladimir Putinə Britaniyanın bir mesajıdır: “Biz sizi geri oturtmaq gücündəyik”.
Təlimlərdə Rusiyanın ehtimal olunan hərbi müdaxiləsinə qarşı manevrlər həyata keçiriləcək. Təlimin Norveçdə keçirilməsi də təsadüfi deyil. Çünki bu ölkə şimal tərəfdən Rusiyaya daha yaxındır.
Saraydakı mənbə bildirib ki, 34 yaşlı şahzadə 37 yaşlı hamilə xanımından ilk uşağını gözləyir. Ancaq dənizçi-zabit olan şahzadə 12 həftə davam edəcək təlimlərdə öndə olmağı özünə borc bilib. Təlimdə ABŞ və Avropanın 8 min hərbçisi yer alır. Bu məlumatı isə Britaniyanın müdafiə nazirliyi verib.
Şahzadə Harri Əfqanıstanda “Apache” ("Uçan Tank") helikopterinin pilotu kimi xidmət edib. O vaxt onun talibançıları öldürməsi barədə xəbər yayılmışdı. O da deyilirdi ki, Taliban rəhbərliyi şahzadə Harrini əsir götürməyə çalışıb.

“Daily Mirror” bildirir ki, ötən ilki casus olaylarına görə (Serqey Skripal və qızı Yelena məsələsi) Moskva ilə London qanlı-bıçaq olub./musavat.com

İnterPosta.info
Yazının hazırlanmasında aşağıdakı qaynaqdan istifadə olunub:

https://www.mirror.co.uk/news/uk-news/prince-harrys-secret-role-uks-13814164

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26