Rusiyaya qarşı lazer silahı sifariş edildi

Böyük Britaniyanın Müdafiə Nazirliyi lazer silahların istehsal edilməsi üçün bir neçə Avropa şirkəti ilə müqavilə imzalayıb.
Xəzər xəbər-in məlumatına görə, müqavilənin dəyəri 30 milyon sterlinqdir. Bildirilir ki, silahlar quru və dənizdəki hədəfləri məhv edə biləcək. Ərsəyə gətirilən silahlar sınaqdan uğurla çıxarsa, hərbi vasitələr 2019-cu ildə ordunun arsenalına daxil ediləcək.
Ölkə mətbuatı Müdafiə Nazirliyinin bu addımının Rusiyaya qarşı olduğunu iddia edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26