Interposta.Info

Axmaq İvan və Küpəgirən qarı: Putin nağıl qəhrəmanlarının təbliğ olunmasını əmr etdi

Dünya
 13-12-2022, 21:32     254

Vladimir Putin Rusiya tarixinin və folklorunun "ənənəvi dəyərlərə” uyğun gələn qəhrəmanlarını daha da populyarlaşdırmaq qərarına gəlib. O, bunun üçün hökumətə müvafiq tədbirlər görməyi tapşırıb.

Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın təbliğat xəbər agentliyi RİA Novosti-nin məlumatında deyilir.
Putinin göstərişində deyilir ki, "hökumət Rusiya tarixinin və folklorunun qəhrəmanlarının ənənəvi dəyərlərə uyğun təbliğinə yönəlmiş tədbirlər görməlidir”.

Söhbət, digər məsələlərlə yanaşı, bu qəhrəmanların təsvirlərinin nəfis, çap, suvenir və digər təkrarlanan məhsulların və istehlak mallarının istehsalında istifadəsindən gedir.

Noyabrın 24-də Rusiya Federasiyasının Dövlət Duması üçüncü (yekun) oxunuşda "qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatına” tam qadağa qoyulması haqqında qanunlar paketini qəbul edib. Noyabrın 30-da qanun Federasiya Şurası tərəfindən təsdiqlənib, dekabrın 5-də isə Putin onu imzalayıb - bundan sonra yeni qaydalar dərhal qüvvəyə minib.

Noyabrın 9-da Putin "ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi” dövlət siyasətinin əsaslarını təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26