Interposta.Info

Ermənistanda nazir istefa verdi

Dünya
 12-12-2022, 12:30     241

Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vahram Dumanyan istefa verib.

"İnterPosta" xəbər verir ki, məlumatı Qaynarinfo "Sputnik Armenia”ya istinadən yayıb:

Nazirliyin mətbuat katibi Qeqam Melikbekyan xəbəri təsdiq edib. İstefanın səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vahram Dumanyan bu vəzifəyə 2021-ci il avqustun 3-də təyin edilib. O, bundan əvvəl - 2008-2019-cu illərdə Ali Attestasiya Komissiyası yanında "Riyazi kibernetika” ixtisaslaşdırılmış şurasının elmi katibi olub. 2007-2020-ci illərdə məktəblilərin informatika üzrə fənn olimpiadasının Respublika Komissiyasının sədri kimi fəaliyyət göstərib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26