Interposta.Info

Əli Babacan AKP-dən istefa verib

Dünya
 8-07-2019, 16:30     10 393

Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə yazılı açıqlama yayıb.

Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26