Interposta.Info

Avropa Parlamentinin vitse-prezidenti həbs edildi
 

Dünya
 10-12-2022, 09:39     221

Avropa Parlamenti sədrinin müavini Eva Kayli futbol üzrə Dünya Çempionatında korrupsiya ittihamı ilə saxlanılıb.

"İnterPosta"nın xarici mediaya istinadən məlumatına görə, polis avroparlamentin Yunanıstandan seçilmiş deputatını Brüsseldə həbs edib.

Bir müddət əvvəl "France Soir” qəzeti güc strukturlarının Brüssel və ətraf kommunalarda 14 axtarış həyata keçirdiyini xəbər vermişdi. Qəzet yazır ki, məsələ ilə bağlı ilin əvvəlindən araşdırma aparılırdı. Saxlanan şəxs nüfuz təmsilçiliyi üçün Qətərdən rüşvət almaqda təqsirləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26