Interposta.Info

Kanada məhkəməsindən qərar: SEPAH terrorçu təşkilatdır 

Dünya
 30-11-2022, 12:19     205

Kanadanın Ontario Ali Məhkəməsi İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edib. Çünki onun qollarından biri olan Qüds Qüvvələri də daha əvvəl Kanada tərəfindən terror təşkilatı kimi tanınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bu qərar kanadalı mərhum vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcu ilə bağlı iş üzrə çıxarılıb. Hakim bu borcun ödənilməməsinə qərar verib, çünki İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunurdu. Məhkəmə bu borcun ödənilməsinin Kanadanın antiterror qanunlarını pozacağını bəyan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26