İran Qüds briqadasına külli miqdarda pul ayırır
İran prezidenti Həsən Ruhani parlamentə yeni büdcəni təqdim edib.
Axar.az xəbər verir ki, yeni büdcədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna ayrılan vəsait İran ordusundan 3 dəfə çox müəyyən edilib. Üstəlik, SEPAH-a ayrılan büdcənin böyük hissəsi Qüds briqadasının payına düşüb.
SEPAH, ordu və Bəsic qüvvələrinə ayrılan vəsait ümumilikdə 400 trilyon tümən (11 milyard dollar) təşkil edib. Bu maliyyənin 267,366 trilyonu SEPAH-ın, 800,866 milyardı ordunun, 975,355 milyardı orduya bağlı olan logistika qüvvələrinin, 804,943 milyardı isə Bəsic qüvvələrinin payına düşüb.
Qeyd edək ki, parlament hökumətin büdcə təklifini 1 ay içərisində təsdiqləməlidir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26