Interposta.Info

Ekspertiza təsdiqlədi: Saakaşvili zəhərlənib

Dünya
 25-11-2022, 16:28     205

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili zəhərlənib.

Bununla bağlı aparılan ekspertiza nəticələrindən belə bir qənaət hasil olunub.

Bu barədə ekspertizanı aparan “Empathy” ictimai təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

Onun sözlərinə görə, tibbi rəy 188 səhifədən ibarətdir, həmçinin 3 000 səhifəlik sənədləşmə də tədqiq edilib, ABŞ-dən Saakaşvilinin saçının ekspertiza nəticələri gəlib.

“Tədqiq edilmiş bütün sənədlərə əsasən bu qənaətə gələ bilərik ki, onun səhhətinin pisləşməsinə səbəb böyük ehtimalla zəhərlənmədir”, - deyə Mariam Cişkariani qeyd edib.

Araşdırmaya əsasən, eks-prezidentin orqanizmində civənin səviyyəsi icazə verilən norma həddini 42 faiz nisbətində keçib. Həmçinin digər metallarla intoksikasiya da aşkarlanıb.

Cişkarani qeyd edib ki, Saakaşvili müalicə üçün xaricə buraxılmalıdır, bu, onun həyatını xilas etməyə yardımçı ola bilər./Molva33.ru/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26