Interposta.Info

Tarantino 2023-cü ildə 8 bölümlü serial çəkəcəyini açıqladı

Dünya
 17-11-2022, 22:18     201

Kinorejissor və senarist Kventin Tarantino 2023-cü ildə televiziyaya qayıtmaq və səkkiz bölümlü serial çəkmək niyyətində olduğunu açıqlayıb.

"İnterPosta"xəbər verir ki, bu barədə "Variety” jurnalının məlumatında deyilir.

Nəşrin məlumatına görə, Tarantino bir gün əvvəl Nyu Yorkda baş tutan yeni "Film spekulyasiyası” kitabının tanıtmaq üçün keçirilən tədbirdə planlarını bölüşüb. Rejissor süjetin təfərrüatlarını, çəkilişlərin nə vaxt və harada aparılacağı ilə bağlı təfərrüatları açıqlamayıb.

Qeyd olunur ki, Tarantino əvvəllər 2005-ci ildə televiziyada çalışıb. O, "C.S.I.: Crime Scene Investigation” serialının iki epizodunu çəkib.

Bununla belə, "Variety”ə görə, onun həqiqətən bu yeni layihəyə başlayıb-başlamayacağı hələ məlum deyil, çünki rejissor əvvəllər də "Ulduz Yolu” (Startrek) filmi çəkə biləcəyini söyləsə də, sonradan bu fikrindən vaz keçmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26