Interposta.Info

Mİ5 rəhbəri Avropada rus casus şəbəkəsinin məhv edildiyini açıqladı
 

Dünya
 17-11-2022, 14:40     231

2022-ci ildə Rusiya hakimiyyətinin 600 nümayəndəsi Avropadan qovulub, onlardan 400-ü casus olub.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Britaniyanın Mİ5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallumun illik çıxışına istinadən yazıb.

"Rusiyanın Böyük Britaniyada gizli əməliyyatlar keçirməsini mümkün qədər çətinləşdirmək üçün intensiv işləməyə davam etmişik", - deyən Makkallum Böyük Britaniyanın gələcək illər ərzində Rusiyanın təcavüzünə hazır olması lazım olduğunu bildirib.

"Böyük Britaniya məsələsində, özünü diplomat kimi təqdim edən 23 rus casusunun ölkədən çıxarılmasından sonra biz milli təhlükəsizlik səbəbi ilə diplomatik viza üçün 100-dən çox müraciəti rədd etdik", Makkallum deyib.

O, rusların Böyük Britaniyadan çıxarılmasını Avropadakı bütün rus casus şəbəkəsinə zərbə adlandırıb. Agent məlumatları Avropa müttəfiqləri ilə paylaşıldı və bu, "rusların bir-birləri ilə əlaqə saxlaması" və bir casusun "A ölkəsindən D ölkəsinə çıxarılması" siqnalının verilməsini çətinləşdirdi.

Mİ5 rəhbəri ümid etdiyini bildirib ki, çoxlu sayda "təlim keçmiş və təcrübəli rus kəşfiyyatçıları, əgər mən bu termindən istifadə edə bilərəmsə", uzun illər dünyanın əksər digər yerlərində fəaliyyət göstərməkdə çətinlik çəkəcəklər.

Xatırladaq ki, iyul ayında Böyük Britaniyanın Mİ6 xarici kəşfiyyatının rəhbəri Riçard Mur bildirmişdi ki, Avropadan qovulan Rusiya diplomatik missiyalarının 400 əməkdaşı diplomat adı altında işləyən kəşfiyyatçı olub. Bundan əlavə, o qeyd edib ki, xüsusi xidmət orqanları özlərini mülki şəxs kimi təqdim edən bir neçə "çox dərində gizlənmiş” casusları həbs etməyə nail olublar

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26