Interposta.Info

“Şimal axını 2” bölgəsində partlayış: Peyk şirkəti arxivdən nəyi üzə çıxardı?

 

Dünya
 12-11-2022, 15:49     276

"SpaceKnow” peyk məlumatlarının monitorinqi şirkəti tərəfindən təqdim edilən məlumatlardan belə nəticə çıxır ki, "Şimal axını 2” ərazisində sentyabrın 26-da baş verən seysmik hadisədən əvvəl iki gəmi yer sensorları söndürülmüş halda görünüb.

"İnterPosta" xəbər verir ki, bu barədə "Wired” nəşri məlumat yayıb.

Görüntülərin təhlilinə əsasən, hər birinin uzunluğu 95-130 metr arasında olan iki gəmi "Şimal axını 2” sızmasının bir neçə mil məsafəsindən keçib. "Onların izləyici sensorları söndürülmüşdü, bu o demədkir ki, onların hərəkəti haqqında heç bir məlumat olmayıb, onlar olduğu yer barədə məlumatlarını və ümumi məlumatları gizlətməyə çalışıblar", - "SpaceKnow”un həmtəsisçisi və rəhbəri Cerri Yavornitski bildirib.

Yavornitskinin sözlərinə görə, bu gəmilərin yerini tapmaq üçün şirkət ərazinin arxiv peyk görüntülərinə baxıb. Partlayışlardan əvvəlki həftələrdə şirkət "yük gəmilərindən tutmuş daha böyük çoxməqsədli gəmilərə" qədər ərazidən keçən 25 gəmi aşkar edib. Onlardan cəmi 23-də avtomatik identifikasiya sistemi (AIS) transponderləri işə salınıb. İkisinin AIS-i işə salınmayıb və bu gəmilər sızmaların aşkarlanmasından əvvəl bir neçə gün ərzində ərazidən keçiblər.

Beynəlxalq hüquqa əsasən, böyük gəmilər AIS quraşdırmalı və istifadə etməlidirlər. "SpaceKnow” peyklərdən alınan sintetik diafraqma radar (SAR) görüntülərindən istifadə edərək AIS-i söndürülmüş gəmiləri aşkar edib. "Naməlum gəmilər”in SAR görüntülərində gəmilər Şimal axını-2 ərazisində partlayış baş verən yerin yaxınlığında parlayan obyektlər kimi göstərilir.

Xatırladaq ki, sentyabrın 26-da Şimal axını və Şimal axını-2-də irimiqyaslı qaz sızması aşkar edilib. İsveç qəzaya səbəb partlayışların olduğunu bildirib. Avropa ölkələri hadisələrin qəsdən törədildiyini təsdiq ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26