Almaniyadan ABŞ-ın sanksiyalarına sərt reaksiya

Almaniya hakimiyyəti ABŞ-ın "Şimal axını-2"yə tətbiq etdiyi sanksiyalara sərt reaksiya verib.
Bu barədə Almaniyanın Nazirlər Kabinetinin təmsilçisi Ulrike Demmer şəxsi Twitter hesabında yazıb.
Xanım Demmer Birləşmiş Ştatları onların daxili işlərinə müdaxilədə günahlandırıb və ABŞ-ın həyata keçirdiyi tədbirləri alman və Avrapa müəssisələrinə qarşı hesablanmış addım kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ-ın "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinə tətbiq etdiyi sanksiyalar bu gün qüvvəyə minib. Sanksiyalar layihədə iştirak edən şirkətlərə qarşı yönəlib. Bunun nəticəsi olaraq, İsveçrənin Allseas şirkəti "Şimal axını-2" layihəsini tərk etdiyini rəsmən elan edib./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26