Interposta.Info

ABŞ Rusiyanın məhvinə start verdi –

Dünya
 8-04-2017, 13:08     985

ABŞ Konqresinə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib.

Axar.az xəbər verir ki, yeni qanun layihəsi “Rusiya aqressiyasına qarşı mübarizə - 2017” adlanır. Respublikaçı konqresmen Aleksandr Muni tərəfindən hazırlanan layihə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə, Minsk razılaşmasını yerinə yetirməməsinə, Krımın anneksiyasına, Cənubi Osetiya və Abxaziyadakı fəaliyyətinə cavab hesab edilir.

Qanun layihəsinə əsasən, bundan sonra Rusiyanın karbohidrogen hasilatı sahəsinə fiziki və hüquqi şəxslərin 20 milyon dollardan çox yatırım etməsi, üstəlik, Rusiyanın bütün neft-qaz şirkətlərinin qiymətli kağızlarına böyük yatırım edilməsinə sanksiyalar tətbiq olunacaq. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 1 milyon dollardan baha olan boru kəmərlərinə istənilən miqdarda pul yatıran investorlar da düşəcək. Bununla yeni sanksiyalar paketi “Qazprom”un “Şimal axını-2”, “Sibir gücü” və digər böyük kəmərlərinin maliyyələşdirilməsinə də aid ediləcək.

Sanksiyalara həmçinin Rusiyanın dövlət istiqrazlarını alan banklar, şirkətlər və fiziki şəxslər də məruz qalacaq.

Qeyd edək ki, bu sanksiyaları yalnız ABŞ-ın yox, başqa ölkələrin vətəndaşlarına da aid ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26