Interposta.Info

Rusiya müharibənin əvvəlindən ələ keçirilən ən böyük şəhərin təslim olduğunu elan etdi
 

Dünya
 9-11-2022, 20:35     90

Rusiya "xüsusi əməliyyatı”nın komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyquya məruzəsi zamanı "Xerson vilayətində Dnepr çayının sol sahili boyunca müdafiəyə qalxmağı”, yəni qoşunları Xersondan çıxarmağı təklif edib. Müdafiə naziri generalın təklifi ilə razılaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.Novosti” yazır

Surovikin hesabat zamanı bildirib ki, Dnepr çayının sağ sahilindəki rus qoşunları çaydan keçən keçidlərin dağıdılması səbəbindən təchiz oluna və fəaliyyət göstərə bilməyib.

Şoyqu generalın məruzəsinə cavab olaraq "Rusiya hərbçilərinin həyatı və sağlamlığının həmişə prioritet olduğunu” bəyan edib və Dnepr çayının sol sahilinə geri çəkilməyi əmr edib.

Surovikin həmçinin bildirib ki, Ukrayna hərbçiləri guya Kaxovskaya su elektrik stansiyasının bəndini dağıtmağa hazırlaşır. Ukrayna bundan əvvəl Rusiyanı bunu hazırlamaqda ittiham etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26