Interposta.Info

Şoyqu ELAN ETDİ: Bu ərazilər üzərində nəzarət genişləndirilir

Dünya
 5-05-2022, 09:10     250

“Xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusu “Luqansk və Donetsk Xalq Respublikaları”nın bölmələri ilə birlikdə bu iki respublikanın əraziləri üzərində nəzarəti genişləndirir”.

"İnterPosta" Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.

“Rusiya Federasiyasının Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatı davam etdirir. Hazırda Rusiya ordusunun bölmələri “LXR” və “DXR” ərazilərinə nəzarəti genişləndirir. Eyni zamanda Rusiya hərbçiləri mülki əhalinin müdafiəsi üçün kompleks tədbirlər görür”.

Şoyqu Mariupolun rus qoşunlarının nəzarəti altında olduğunu vurğulayıb: “Azov dənizinin ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupol tam nəzarətimizdədir”.

“Ali Baş Komandanın göstərişinə uyğun olaraq, “Azovstal” zavodunun sənaye zonasında yerləşən silahlıları mühasirəyə alınıb. Onlara dinc sakinləri azad etmək və silahlarını yerə qoymaq barədə dəfələrlə təkliflər verilib. İnsanların həyatını xilas etmək və beynəlxalq hüquqa uyğun olaraq layiqli rəftara təminat veririk. Biz bu cəhdləri davam etdiririk”, - Şoyqu əlavə edib.

Rusiya müdafiə naziri bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün göndərilən silah və sursatın olduğu NATO vasitələri məhv ediləcək:

“ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah göndərməkdə davam edirlər. Qeyd edim ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və sursatla gələn istənilən nəqliyyat vasitəsi tərəfimizdən məhv hədəfi hesab olunur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26