Rusiya mətbuatı Mariupolun ələ keçirildiyini deyir, Ukrayna isə...

Rusiya mətbuatı Ukraynanın Mariupol şəhərinin tam olaraq ələ keçirildiyini yazıb.
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bununla bağlı məruzə edib. Belə ki, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:
"2 mindən çox hərbçi isə "Azovstal” zavodunun ərazisində yerləşib”.
Şoyqu yaxın 3-4 günə "Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib. Hazırda ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.
Ukrayna mətbuatı Mariupolun tam olaraq Rusiya qoşunlarının nəzarətinə keçməsi barədə heç bir məlumat yaymayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26