Interposta.Info

Rusiya müharibənin nə vaxtadək davam edəcəyini açıqladı

Dünya / Manşet
 1-03-2022, 14:35     304

Rusiya müharibənin nə vaxtadək davam edəcəyini açıqladı

Rusiya ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

"Əsas vəzifə Rusiyanı Qərbdən gələn xarici hərbi təhlükədən qorumaqdır. Silahlı Qüvvələrin qruplaşması qarşıya qoyulan məqsədlərə nail olunana qədər xüsusi hərbi əməliyyat keçirməyə davam edəcək", - deyə Şoyqu bəyan edib.

Nazir bu açıqlaması ilə Ukraynada hərbi əməliyyatların hələ bir müddət davam edəcəyinin anonsunu verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26