Interposta.Info

İranda xalq kütləvi itaətsizliyə başladı, Berlində isə 30 minlik dəstək aksiyası olacaq

Dünya
 17-10-2022, 17:01     216


İranda xalq artıq kütləvi itaətsizliyə başlayıb.

Bu barədə Qaynarİnfo-ya adının çəkilməsinin istəməyən İranın ictimai fəallarından biri məlumat verib. Onun sözlərinə görə, İran hakimiyyətinin aksiyalara zorakı müdaxiləsi insanların kütləvi itaətsizliyinə səbəb olub.

İranlı fəal deyir ki, xüsusilə, ölkənin Kürdüstan bölgəsində vəziyyət gərgindir: "Orada insanlar hər gün küçələrdədir. Hökumət qüvvələrinin zorakılığına baxmayaraq, onlar hazırki rejimin devrilməsində israrlı görünür. Bundan başqa, Ərdəbil, Urmiyə, Kərəc, Tehran, Təbrizdə də aksiyalar keçirilir. Əslində, buna təşkil olunmuş aksiyalar demək də olmur. Bu, əsl kütləvi itaətsizlikdir. Təsəvvür edin, Ərdəbildə hətta şagirdlər etiraza çıxır”.

Onun sözlərinə görə, hakimiyyət radikal addımlar atdıqca etirazçılar da radiakallaşır. İranlı fəal deyir ki, hadisələr zamanı xeyli sayda azyaşlı öldürülüb: "İndi hökumət nümayəndələri ölənlərin yaxınlarına təzyiq edir ki, onlar həqiqəti gizlətsinlər. Belə fon yaradırlar ki, guya həmin azyaşlılar hökumət qüvvələri tərəfindən qətlə yetirilməyib, xəstəlikdən və ya başqa səbəbdən ölüb. Urmiyədə bir azyaşlı oğlan uşağını öldürüblər. Qohumlarına isə dedizdiriblər ki, guya uşağı it qapıb”.

İranlı fəal həmçinin qeyd edib ki, Avropada yaşayan iranlılar da ölkədə davam edən aksiyalara kifayət qədər dəstək verir: "Avropanın bir neçə ölkəsində irimiqyaslı aksiyalar keçirilib. Oktyabrın 22-də isə Berlində aksiya keçiriləcək. Aksiyada 30 minə yaxın insanın iştirak edəcəyi gözlənilir. Aksiyanın təşkilatçısı Hamid İsmailiondur. Onun həyat yoldaşı və qızı 2020-ci ildə İranın səhvən vurduğunu idda etdiyi Ukraynaya məxsus təyyarədə həlak olub”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26