Interposta.Info

Donald Trampı ifadə verməyə çağırmaq qərarı verildi
 

Dünya
 14-10-2022, 20:41     279

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kapitoliyə hücumu araşdıran komitəsi keçmiş prezident Donald Trampı ifadə verməyə çağırmaq qərarına gəlib. Tramp konqresmenlərin qərarını tənqid edib.

"İnterPosta"xəbər verir ki, bu barədə "Kommersant” komitənin Twitter səhifəsinə istinadən yazıb.

Dünən, oktyabrın 13-də komitənin növbəti iclası keçirilib. ABŞ-ın keçmiş prezidentinə çağırış vərəqəsinin göndərilməsinə dəstək olaraq yekdilliklə səs verib. İclasda hücum zamanı çəkilmiş video da nümayiş etdirilib: burada respublikaçıların və demokratların Kapitoliyadan necə evakuasiya edildiyi göstərilir.

Ətraflı
Bundan əlavə, görüş zamanı ABŞ xüsusi xidmətinin agentlərinin yazışmaları açıqlanıb. 26 dekabr 2020-ci ildə onlar, xəbərdarlıq ediblər ki, ifrat sağçı Proud Boys qrupunun üzvləri prezident seçkilərinin nəticələrinin təsdiqləndiyi gün böyük bir yürüş planlaşdırırlar. "Bu, fırtınadan əvvəlki sakitlik kimidir", - agentlərdn biri yazıb.

Donald Tramp komitənin qərarını pisləyib və bunu "tamamilə cəfəngiyyat” adlandırıb. "Niyə heç kimin seçilmədiyi bir komitə bir neçə ay əvvəl məndən ifadə verməmi istəməyib? Niyə sona qədər, görüşlərinin ən sonuna qədər gözləyiblər? Çünki bu komitə tamamilə CƏFƏNGİYYATDIR, ONLAR ölkəmizi daha da parçalayır”, – siyasətçi özünün "Truth Social” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, Tramp tərəfdarları 6 yanvar 2021-ci ildə Kapitolinin binasına basqın ediblər. ABŞ prezidenti Co Bayden hücum cəhdini silahlı üsyan adlandırıb. Araşdırma üçün yaradılmış xüsusi komitə əmindir ki, Donald Tramp kütləni dayandıra bilərdi, amma bunu etməyib. Qeyd edilir ki, davam edən təhqiqat onun 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürməsinə mane ola bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26