Interposta.Info

İçərisində ABŞ Konqresinin üzvləri olan qatar qəzaya düşüb, ölən və yaralanan var

Dünya
 31-01-2018, 22:56     10 389

ABŞ-da içərisində Konqres üzvləri olan qatarla yük maşının toqquşması nəticəsində azı bir nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb. Konqres üzvləri arasında zərərçəkən olmayıb”, deyə S.Sanders qeyd edib. Onun sözlərinə görə, prezident Donald Tramp insidentlə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, bu gün Virciniya ştatında Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla, içərisində Respublikaçı konqresmenlərin olduğu qatar zibil daşıyan yük maşını ilə toqquşub.

****

ABŞ Konqresi üzvlərinin olduğu qatar Qərbi Virciniyada yük maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bunu sərnişinlərdən biri, respublikaçı Bredli Birn öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, qatarda respublikaçılar qanadının nümayəndələri olub və onlar səfər tədbirinə gedirlərmiş. Birn onların sayını deməyib.

"Təhlükəsizlik xidməti və həkimlər hadisə yerinə gəliblər. Xəsarət alanlara yardım göstərilir və onların təhlükəsizliyi təmin edilir", — deyə o yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26