Interposta.Info

Rusiya fərariliyə görə 15 ilə qədər həbs cəzası tətbiq edir

Dünya
 24-09-2022, 20:02     280


Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Cinayət Məcəlləsində səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlərin törədilməsinə görə cəza müddətinin 15 ilədək artırılması ilə bağlı dəyişiklik edilib.

"İnterPosta" xəbər verir ki, dəyişiklik könüllü təslim olan hərbçilərin 10 ilə qədər həbsini nəzərdə tutur.

Bundan əlavə, qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlər ağırlaşdırıcı hallar kimi tanınır. Səfərbərlik və ya müharibə dövründə fərariliyə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bu müddət, həmçinin hərbi əməliyyatlarda iştirakdan imtinaya görə tətbiq ediləcək.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik barədə sərəncam imzalayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26