Interposta.Info

Rusiya Ukraynadakı məğlubiyyətə görə səfərbərlik elan edəcəkmi? – Kreml
 

Dünya
 13-09-2022, 19:44     331

Ukrayna Silahlı Qüvvələrinin şərqdə əhəmiyyətli uğurlarına baxmayaraq, Rusiya hələ tam və ya qismən səfərbərlik elan etməyi planlaşdırmır.

Qaynarinfo bildirir ki, bu barədə TASS Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatına istinadən xəbər verib.

"İndi yox, indi bu haqda (səfərbərlikdən – red.) heç bir söhbət getmir”, - o deyib.


Bundan əlavə, Peskovun sözlərinə görə, ruslar "Putinin bütün qərarları ətrafında cəmləşiblər” və Ukraynaya qarşı müharibə ilə bağlı tənqidi bəyanatlar "qanun çərçivəsində qalmalıdır”.

Bundan əvvəl mətbuatda Dövlət Dumasının deputatı Mixail Şeremetin Ukraynada "xüsusi hərbi əməliyyat”ın məqsədlərinə çatmaq üçün ölkədə səfərbərlik elan edilməsinin zəruriliyi barədə bəyanatı ilə bağlı xəbərlər yayılmışdı.

Rusiya Federasiya Şurasının dövlət suverenliyinin müdafiəsi üzrə komissiyasının rəhbəri Andrey Klimov isə Rusiya Federasiyasının Ukraynadakı itkiləri və məğlubiyyətləri fonunda Rusiyada hərbi səfərbərliyə ehtiyac olmadığını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26