Interposta.Info

“O, Rusiya təcavüzünün...” –

Ölkə
 23-03-2017, 18:30     553

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovun qətlindən sonra təhlükəsizlik qurumlarının nümayəndələri ilə müşavirə keçirib.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda sosial şəbəkəsindəki səhifəsində dövlət başçısının mətbuat katibi Svyatoslav Seqolko yazıb.
“Denis Voronenkovun Kiyevin mərkəzində xain qətli Rusiyanın dövlət terrorizmi aktıdır. Sabiq deputat siyasi fikirlərinə görə Rusiyanı tərk etməyə məcbur olmuşdu. Qətl Rusiya xüsusi xidmət orqanlarının açıq xəttidir. Bu, daha əvvəl müxtəlif Avropa paytaxtlarında dəfələrlə görünüb”, - deyə Poroşenko bildirib.
Prezident həmçinin xatırladıb ki, Voronenkov Rusiyanın Ukraynaya qarşı təcavüzünün əsas şahidlərindən biri idi.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə Denis Voronenkovun qətlində Rusiya izinin olması ilə bağlı bəyanatları absurd adlandırıb.
Qeyd edək ki, Rusiya Dumasının sabiq deputatı bu gün Kiyevdəki otellərdən birində qətlə yetirilib. Voronenkov 2016-cı ildə cinayət təqibinə görə Ukraynaya qaçıb. O, Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. Rusiya onu beynəlxalq axtarışa vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26