Interposta.Info

“Suriyada 200-dən çox yeni silah sınaqdan keçirdik” – Rusiya Dumasının deputatı

Dünya
 23-02-2018, 17:33     10 399

“Suriyalı qardaşlarımıza kömək etməyə başladığımız gündən bu yana 200-dən çox yeni silahı sınaqdan keçirdik. Bu gün bir çox fərqli ölkənin silahlarımızı satın almaq üçün bizə müraciət etmələri təsadüf deyil, bura müttəfiqimiz olmayan ölkələr də daxildir. Hərbi sənaye kompleksimiz ordumuzu bu gün fəxr edə biləcəyimiz vəziyyətə gətirdi”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə sabiq rus komandosu, hal-hazırda Dumanın Müdafiə Komitəsinin sədri Vladimir Şamanov çıxış edib. Şamanov bu açıqlamanı Rusiyanın Suriyada beşinci nəslə məxsus ən müasir Su-57 qırıcı təyyarələrinin görünməsi fonunda verib. Hərbi mənbənin verdiyi məlumata görə, Su-57 təyyarələri Hmeymimə sınaqdan keçirilmək üçün göndərilib.

Suriya vətəndaş müharibəsində rejimin müttəfiqi olan Rusiya əməliyyatlar zamanı kaset bombalardan istifadədə ittiham olunur. Əsəd rejimi və Rusiyanın son beş gündə Şərqi Qutada keçirdiyi əməliyyatlar nəticəsində ölən mülki şəxslərin sayının 350 nəfər çatdığı bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26