Interposta.Info

Nyu-York azərbaycanlıları BMT-nin qarşısında aksiya keçiriblər - FOTO/VİDEO

Dünya
 24-09-2022, 09:53     250

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.

“Report” xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb ediblər.

Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandırıblar.

Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər.

Aksiya iki saat davam edib və Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.





İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26