Interposta.Info

Azərbaycanlılar Avropada Ermənistana qarşı kütləvi aksiyalar keçirildi (FOTOLAR)

Siyasət
 24-04-2021, 19:11     374

Azərbaycan diasporu dünyanın bir çox şəhərlərində Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı aksiyalar keçirib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

İngiltərənin Koventri şəhərində "Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır” şüarı ilə banner fləşmobu keçirilib. Eyni zamanda, yerli əhaliyə Qarabağın tarixi Azərbaycan torpağı olması, işğaldan azad edilmiş ərazilərin minalanması ilə bağlı məlumatlandırıcı bukletlər də paylanılıb.



Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup” təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini dövlətimizə təqdim etməməsi ilə bağlı məlumatlandırıcı lifıetlər paylanılıb. Paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.

"Sahibsiz ağ ayaqqabılar” aksiyası haqqında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, səssiz aksiya Ermənistanın bütün hüquqi normaları pozaraq minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsini ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkil edilib. Aksiyada ərazilərimizin minalanmasına qarşı plakatlar və müxtəlif hastaglar diqqətə çatdırılıb, Ermənistan səfirliyinin poçt qutusuna petisiya atılıb.

Aksiya zamanı "Azərbaycanı minalardan azad et!” şüarı yazılmış plakat Amsterdam səmasında təyyarə ilə 1 saat dövrə vurub.



Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən bu şəhərdə yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.

Aksiyada məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.



Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü ilə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiya təşkil edilib.

Aksiyada Nant şəhərində fəaliyyət göstərən "Qarabağ” Azərbaycan məktəbinin şagirdləri fəal iştirak ediblər. "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!” tələbinin nümayiş etdirildiyi aksiya şəhər meriyası və Nantın digər müxtəlif yerlərində baş tutub. Bununla azərbaycanlı məktəblilər Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların doğma torpaqlarına qayıtmaq, öz evlərində yaşamaq hüququnu kobudcasına tapdandığına diqqəti cəlb ediblər.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26