Interposta.Info

Rusiya-Gürcüstan sərhədində 3 mindən çox nəqliyyat vasitəsi növbə gözləyir (FOTO)

Dünya
 23-09-2022, 23:09     241

Rusiyanın Gürcüstanla sərhədindəki nəzarət-buraxılış məntəqəsində 2 mindən çox minik avtomobili növbə gözləyir.

APA-nın xəbərinə görə, bu barədə Rusiya DİN məlumat yayıb.

Bildirilir ki, 2 mindən çox minik avtomobili Yuxarı Lars buraxılış məntəqəsindən keçmək üçün gözləyir.

Gürcüstana keçmək istəyən yük avtomobillərinin sayı 1300-ə çatır. Onlar sərhədi elektron növbə əsasında keçirlər.

Gürcüstandan Rusiyaya nəqliyyat vasitələrinin keçidində isə heç bir sıxlıq müşahidə olunmur.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26