Interposta.Info

Cənubi Koreyada koronavirusa yoluxanlar xəstəxana üçün növbə gözləyir

Dünya
 3-03-2020, 12:58     360

“Tequ şəhərində koronavirusa yoluxmuş 1800-ə yaxın insan xəstəxanaya və ya xüsusi müalicə mərkəzinə yerləşdirilə bilmir. Koronavirusun yayılma miqyasını əvvəlcədən təxmin edə bilmədiyimizə görə səmimiyyətimlə üzr istəyirəm”.

Bu sözləri Cənubi Koreyanın Səhiyyə nazirinin müavini Kim Qan Nip deyib.

O, insanların evdə oturub növbə gözlədiklərini bildirib.

Nazir müavini virusa yoluxmuş insanların sayı olduqca çox olduğundan artıq sadə vətəndaşların yoxlanması sayının artırılmasının planlaşdırıldığını söyləyib.

Kim Qan Nip bildirib ki, Cənubi Koreyada artıq 4 812 koronavirusa yoluxma halı qeydə alınıb. “29 nəfər ölüb, 34 nəfər sağalıb, 35 mindən çox insanın təhlilləri işlənilir, 125 mindən çox test tamamlanıb”, - o vurğulayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26