Interposta.Info

II Elizabetin indiyədək dərc olunmayan son şəkli yayımlandı - FOTO

Dünya
 19-09-2022, 15:18     235

Bukingem sarayı Böyük Britaniya kraliçası II Elizabetin son rəsmi şəklini yayımlayıb.

Məlumata görə, şəkil bu ilin may ayında fotoqraf Ranald Makkeçni tərəfindən kraliçanın son aylarında vaxtının çox hissəsini keçirdiyi Vindzor qəsrində çəkilib.

Üzərində valideynləri Kral VI Georq və kraliça Elizabetin 18-ci ad günü hədiyyəsi olaraq verdiyi akvamarin və almaz qaşlardan ibarət broş olan, həmçinin ən çox sevdiyi üç saplı mirvari boyunbağı və mirvari sırğalarını taxan II Elizabet fotoda gülümsəyən formada əks olunub.


Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib. O, Britaniya tarixində ən uzun - 70 il hökmranlıq edən monarx olub.

Böyük Britaniyanın yeni kralı onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlz oldu. Yeri gəlmişkən, onu da bildirək ki, Britaniya mediasında Nostradamusun yeni kralın taleyi ilə bağlı öncəgörmələri aktiv müzakirə olunur. Belə ki, tarixin ən böyük falçısının proqnozuna görə, III Çarlz qısa müddətdə taxtdan imtina edəcək, onun yerinə isə heç kimin gözləmədiyi biri gələcək./The Guardian/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26