Interposta.Info

Kraliçanın ölümünə görə Premyer Liqanın oyunları təxirə salındı

İdman
 9-09-2022, 16:30     308

Futbol üzrə İngiltərə Premyer Liqasının VII turunun oyunları təxirə salınıb.

"İnterPosta" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu qərar Kraliça II Elizabetin vəfatı ilə əlaqədar qəbul olunub.

Qarşılaşmaların yeni tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 8-də Böyük Britaniya tarixində ən uzun müddət taxtda olan Kraliça II Elizabet 96 yaşında ikən vəfat edib. Böyük Britaniyanın yeni kralı 73 yaşlı şahzadə Çarlz olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26