Interposta.Info

Putin: Rusiya meşələrində yanğınla bağlı vəziyyət daha da pisləşə bilər  

Dünya
 24-08-2022, 19:54     270

Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı Ryazan meşələrində baş verən yanğınla bağlı ölkə rəsmiləri ilə görüşdə yanğının qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsinə göstəriş verib.

Qaynarinfo bu baədə "Reuters"ə istinadən xəbər verir.


Ryazanda, eləcə də Nijni Novqorod vilayətlərində davam edən yanğının yaratdığı ağır şəraitə işarə edən Putin deyib: "Ryazanda güclü külək səbəbindən yanğın davam edir, ona görə də bütün lazımi tədbirlər görülməlidir. Yanğını söndürmək və zərərləri minimuma endirmək lazımdır”.

"Yanğınlar Rusiyanın şərqində çətin şərait yarada bilər, təkcə Avropa hissəsində deyil, Rusiyanın şərqində də meşə yanğınlarının güclənməsi riski var, - Putin xəbərdarlıq edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26