Interposta.Info

Kabildə məsciddə güclü partlayış - ölən və yaralananlar var

 

Dünya
 18-08-2022, 11:55     238

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

"İnterPosta" Reuters-ə istinadən xəbər verir ki, hadisə avqustun 17-də paytaxtda fəaliyyət göstərən məscidlərin birində olub.

Partlayış nəticəsində xeyli sayda ölən və yaralananların olduğu bildirilir.

Polis hələ ki, ölən və yaralananların sayını dəqiqləşdirməyib. Taliban döyüşçülərinin kəşfiyyat rəsmisi isə Reuters agentliyinə bildirib ki, 35 nəfər yaralanıb və ya ölüb. Lakin o, ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Ətraflı

"Əl-Cəzirə” isə anonim rəsmiyə istinadən xəbər verir ki, ölənlərin sayı 26 nəfərdir.

Kabilin təcili yardım xidməti isə partlayış nəticəsində 27 nəfərin yaralandığı barədə məlumat yayıb.

Şahidlərin Reuters-ə verdiyi məlumata görə, Kabilin şimalındakı Xeyrxanə məhəlləsində güclü partlayış səsi eşidilib. Partlayış nəticəsində yaxınlıqdakı binaların şüşələri sınıb. Ölənlər arasında məscidin imamının da olduğu bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26