Interposta.Info

Ən zəngin ərəb ölkələrində orta aylıq əmək haqqı nə qədərdir?

Dünya
 17-08-2022, 22:11     280

Amerikanın "CEO World” jurnalının bu yaxınlarda dərc etdiyi siyahıya əsasən Birləşmiş Ərəb Əmirlikləri Ərəb dünyası siyahısında birinci, dünyada isə beşinci yerdədir.

Qaynarinfo bu barədə "Khaleej Online" saytına istinadən xəbər verir.

Siyahıya əsasən, Birləşmiş Ərəb Əmirliklərində orta xalis aylıq əmək haqqı İsveçrədən başqa bütün Avropa ölkələrini və Sinqapurdan başqa bütün Asiya ölkələrini üstələyərək 3,663 dollar təşkil edib.

Ərəb dünyasında ikinci yerdə Qətər 3168 dollar orta aylıq əmək haqqı ilə gəlir, dünyada isə 11-cidir.

Elcə də Ərəb dünyasında üçüncü yerdə Səudiyyə Ərəbistanı orta hesabla 1888 dollarla gəlir, dünya üzrə isə 25-ci yerdə qərarlaşıb.

Küveyt 1854 dollar orta aylıq əmək haqqı ilə Ərəb dünyasında 4-cü, dünyada isə 26-cı yerdədir .

Bundan sonra Bəhreyn orta hesabla 1728 dollarla dünyada 28-ci yerdədir.

Ərəb dünyasında altıncı, qlobal miqyasda isə 30-cu yerdə olan Omanın orta aylıq əmək haqqı 1626 dollardır.

Amerika jurnalı bəzi ən zəngin və ən az gəlirli ölkələrin gəlirlərini də araşdıraraq müqayisə edib.

Şri-Lanka 100 dollardan az ən aşağı orta aylıq əməkhaqqı ilə siyahının son pilləsində olduğu halda, orta xalis aylıq əmək haqqı 6,141 dollarla İsveçrə birinci, 4,350 dollarla Sinqapur ikinci, Avstraliya isə 4,218 dollarla növbəti yerdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26